Satıcı-kassir

Bakı

Mountain Shop Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mountain Shop Azerbaijan dağçılıq sahəsində ixtisaslaşmış mağazasında satıcı-kassir vəzifəsinə işçi axtarılır. Fəaliyyətimiz dağçılıq, turizm və aktiv istirahət mallarının satışı və icarəsidir
  • Əmək müqaviləsi əsasında fəaliyyət
  • İş rejimi: 10:00 - 19:30 arası 6 iş günü, 1 gün istirahət (həftə içi)
  • Əmək haqqı: 400azn + bonus (100azn-ə dək)
  • Mağazaya daxil olan müştəriləri gülərüzlə salamlamaq
  • Müştərilərə məhsul barədə ətraflı və doğru məlumat vermək
  • Satış zamanı malın çeşidini, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq
  • Satış statistikanın aparılması
  • Mağazada məhsulların düzülüşünə və səliqəliliyə nəzarət etmək
  • Mağazanın təmizliyinə nəzarət etmək
  • Malın üzərinə qiyməti yerləşdirmək, malları səliqəli şəkildə rəflərə düzmək, rəflərin təmizliyinə nəzarət etmək
  • Mağazanın fəaliyyəti ilə bağlı təkliflər irəli sürmək
  • Günün sonunda kassa hesabatını tərtib etmək

Xüsusi tələblər

  • Ünsiyyətcil, təşəbbüskar, məsuliyyətli
  • Təbiəti, dağları sevən, dağçılıq ləvazimatları barədə az da olsa biliyi olan
  • Müştərilərlə işləmək qabiliyyəti
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı (əlavə Rus dili biliyi olanlara üstünlük veriləcək)
  • Satış sahəsində təcrübə arzuolunandır
  • POS-terminal və kassa ilə işləmə bacarığı əlavə üstünlükdür

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 - 600 AZN

Telegram kanalımız