Logistika üzrə kiçik mütəxəssis

Bakı

RMES LOGISTICS MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtomobil, dəmir yolu, hava, dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
  • İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, optimal marşrut xəttlərinin seçilməsi, daşımasının təmin edilməsi;
  • Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • İdxal və ixrac zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə və s.) yoxlanılması və mühasibatlığa yönəldilməsi;
  • Logistik sifarişlərə aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılması prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi;
  • Yeni nəqliyyat şirkətlərinin araşdırılıb tapılması;
  • Daşımaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq, rus və ingilis dillərində elektron yazışmalar və telefon danışıqları;
  • Gündəlik əməliyyatlar haqqında mütəmadi struktur rəhbərinə məlumat təqdim etmək  və görülən işlərdə məxfiliyin qorunması prinsipinə riayət edilməsi.


İş qrafiki

  • İş qrafiki: 09:00 – 17:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Rəşid İsmayılov, Biləcəri 5a
  • Əmək haqqı: 2 aylıq  təcrübə müddəti (Təcrübəsiz namizədlər üzrə) uğurlu bitdikdən sonra 600AZN+ bonus

Xüsusi tələblər

  • 21-28 yaş aralığında olan namizədlər
  • Ali təhsil (Logistika üzrə ali təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı),
  • Word, Excel proqramlarını bilməli;
  • İşində ciddi və məsuliyyətli olmalı;
  • Planlaşdırma və analiz bacarığı;
  • Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması


Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini məktubun mövzu hissəsində "Logistika üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. *Məlumat: Təhsili davam edən namizədlərin  cv-ləri nəzərə alınmayacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız