İngilis dili müəllimi

Xankəndi

Qarabağ Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;
• müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
• müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və texnologiyalarından istifadə;
• tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
• müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
• tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;
• mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.

Xüsusi tələblər

• müvafiq sahə üzrə magistr dərəcəsi (CELTA Pass A/Pass B və DELTA nəticəsi əldə etmiş namizədlər üçün bu tələb istisna edilə bilər);
• ingilis dilinin tədrisi üzrə minimum 2 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür); CELTA (Pass A / Pass B) və ya DELTA sertifikatına malik olan namizədlər üçün bu tələb tətbiq olunmaya bilər.
• minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. Beynəlxalq dil sertifikatlarının olması üstünlükdür);
• dil tədrisi üzrə sertifikatlardan (CELTA, DELTA, TEFL, TESOL və s.) birinə malik olması üstünlükdür;
• dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
• tədqiqatçılıq bacarığı;
• davamlı peşəkar inkişafa maraq.


Tələb olunan sənədlər:
• İngilis dilində CV;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa);
• ingilis dilində Motivasiya məktubu – maksimum 500 söz. (A Letter of Motivation);
• ingilis dilində Maraq məktubu – maksimum 500 söz. (A Statement of Interest);
• tövsiyə edən şəxslərin əlaqə məlumatları (2 nəfər).


İş qrafiki: Tam ştat vəzifədir. Auditoriya saatlarından kənar vaxtlarda isə müəllimlərin tədrisə hazırlıq işləri və onlara tapşırılan digər fəaliyyətlərlə məşğul olmaları gözlənilir.
Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində “English Language Teaching Vacancy” qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 14 may 2025-ci il.
Elektron poçt ünvanı: [email protected]

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Yevlax

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
Telegram kanalımız