Biznes analitika üzrə mütəxəssis

Bakı

İcbari Sığorta Bürosu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkət və məhsullar üzrə sığorta bazarın/məhsulların, proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
  • Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması;
  • Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi;
  • Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin iş axınlarının qurulması (flow chart-ların hazırlanması);
  • Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
  • İnkişaf qrupuna nəzarət, buraxılışlar və yeniləmələr üçün nəzərdə tutulmuş müddətlərə riayət edilməsi, sprintlərin formalaşdırılması, tapşırıqların və tələblərin ümumi siyahısının aparılması, geriləmənin idarə edilməsi; 
  • Sprintin sonunda məhsulun sınaqdan keçirilməsi və keyfiyyətinə nəzarət;
  •  Sistem daxilində məlumatların idarə edilməsi: həmçinin inteqrasiya yolu ilə əldə edilən məlumatlara nəzarət;
  •  Optimallaşdırma məqsədlərinin qoyulması, daxili və xarici axtarış sisteminin optimallaşdırılması, təhlili və yeni ideyaların yaradılması;
  • Maraqlı tərəflər ilə görüşlərin keçirilməsi, görüş protokolların hazırlanması;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi

Xüsusi tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir); 
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
  • Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar (arzu olunandır);
  • Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
  • BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
  • İnteqrasiya edilmiş platformalarda interaktiv idarə panellərinin yaradılması təcrübəsi, vizuallaşdırma alətləri üzrə biliklər;
  • Məhsul araşdırma bacarıqları (müştəri inkişafı, dizayn düşüncəsi, ux-araşdırma və s.);
  • Məlumatın vizuallaşdırılması alətlərində bacarıqlar - Miro, sınaq üçün prototiplərin yaradılmasında əsas bacarıqlar, məsələn, Figma-da.
  • Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
  • MS Project üzrə biliklər arzu olunandır;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Təqdimat bacarığı; 
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər; 
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti; 
  • Yeni texnologiyaları öyrənmə həvəsi; 
  • Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız