Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Xüsusi tələblər
Təhsil: Ali təhsil (iqtisadiyyat üzrə);
Təcrübə: İqtisadçı, analitik, modelləşdirmə, tibbi sahələr üzrə minimum 1 il təcrübəsi olan;
Excel üzrə yüksək səviyyədə biliklər;
SPSS, STATA, EViews, R, Python proqramları üzrə biliklərin olması üstünlükdür;
Şəxsi bacarıqlar: analitik təhlil, tədqiqat, təqdimat bacarıqları;
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Praktiki tapşırıq/test mərhələsi
Müsahibə
Müraciət qaydası:
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.