Məlumatların toplanması and inteqrasiyası: Müştəri profilləri, şəbəkənin səmərəlilik (texniki) göstəriciləri, maliyyə məlumatları kimi müxtəlif mənbələrdən məlumatlar əldə etmək. Məlumatların keyfiyyət və ardıcıllığını təmin etmək
Məlumatların təhlili: Məlumatlardakı qanunauyğunluq, tendensiya və əlaqələri aşkarlamaq üçün statistik və analitik metodlar tətbiq etmək.
Məlumat panelləri və hesabatların hazırlanması: Məlumatları effektiv şəkildə vizuallaşdırmaq və tərəfdaşlara analitik məlumatları çatdırmaq üçün interaktiv məlumat panelləri hazırlamaq.
Müştərilərin seqmentləşdirilməsi: Fərqli seqmentləri müəyyən etmək və müvafiq marketinq strategiyaları hazırlamaq üçün müştəri davranışlarını təhlil etmək
Gəlirlərin optimallaşdırılması: Gəlir imkanlarını müəyyənləşdirmək, əsas səmərəlilik göstəricilərinə nəzarət etmək və qiymətləndirmə strategiyalarını optimallaşdırmaq.
Rəqiblərin təhlil edilməsi: Şirkətin güclü, zəif tərəflərini və bazar imkanlarını rəqib şirkətlərlə müqayisə etmək.
Maliyyə planlarını dəstəkləmək üçün büdcələrin işlənib-hazırlanması və proqnozlaşdırma proseslərinin təşkili və idarə edilməsi.
Şirkətin biznes hədəflərinin izlənilməsini və həyata keçirilməsini təmin etmək üçün əsas səmərəlilik göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanması və təqdim edilməsi.
Xüsusi tələblər
Analitika və hesabatların hazırlanması, qiymətlərin təhlil edilməsi, bazar araşdırması, rəqiblərin təhlili və ya oxşar sahələr üzrə minimum 2-3 il iş təcrübəsi.
İqtisadiyyat, statistika, maliyyə və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
Statistik təhlil alətlərində və proqramlarında (məsələn, "Excel", SQL, "Python") yüksək səviyyədə işləmək bacarığı.
Mürəkkəb məlumatları şərh etmək və analitik məlumatları təqdim etmək qabiliyyəti ilə yanaşı güclü analitik bacarıqlar.
Əldə olunan məlumatları və təklifləri effektiv şəkildə təqdim etmək üçün yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları.
Biznes məlumatlarının təhlili ilə bağlı alət və proqramlarla (məsələn, "Tableau", "Power BI") tanışlıq
Layihələri idarə etmək və müəyyən edilmiş müddət ərzində başa çatdırmaq qabiliyyəti ilə yanaşı təşkilati (işgüzar) bacarıqlar.
Telekommunikasiya sahəsində bazar dinamikası, rəqabət mühiti və tendensiyalar barədə biliklər.
Biznes təfəkkürü (biznesdən ümumi anlayış, marketinq bilikləri, maliyyə bilikləri);
Təqdimat/ictimaiyyət qarşısında çıxış etmək bacarığı/emosional intellekt səviyyələri;