Fondun təchizat və satınalma strategiyasının aparılmasında iştirak etmək.
Təchizat və satınalma strategiyasını hazırlamaq və Fondun əlaqəli struktur vahidlərinə təqdim etmək;
Satınalma prosesində iştirak etmək;
Satınalmanın keçirilməsi üçün satın alınacaq malların (iş və ya xidmətlərin) ehtimal olunan qiymətini hesablamaq və tenderin şərtlər toplusunu hazırlamaq;
Satınalma elanını “Dövlət satınalmalarının vahid internet portalı”nda və KİV-də yerləşdirmək, ehtiyac olduqda tender iştirakçıları üçün dəvət məktublarını tərtib etmək və göndərmək;
Təchizatçıların sənədlərini qəbul etmək, yoxlamaq və qeydə almaq;
Satınalma nəticələri haqqında iştirakçıları məlumatlandırmaq;
Mövcud satınalmaların nəticələri əsasında Satınalma komissiyasının protokolunu tərtib etmək;
Satınalma hesabatlarını tərtib etmək;
Satın alınan mal kateqoriyaları üzrə keyfiyyət tələblərinin təyin olunmasında iştirak etmək;
Satınalmaların uzunmüddətli dövr üçün proqnozlaşdırılmasında iştirak etmək;
Satınalmanın illik planlaşdırılması zamanı növbəti ilin planı üçün sorğuları aidiyyəti üzrə struktur bölmələrə göndərmək;
Növbəti il üçün görüləcək işlərin və layihələrin planlaşdırılmasında, növbəti il üçün satınalma siyahısının hazırlanmasında və satınalma büdcəsinin hazırlanmasında iştirak etmək;
Bazar araşdırmasının aparılmasını, ehtimal olunan qiymətin hesablanmasını, büdcəyə uyğunluğunun yoxlanılmasını təmin etmək və satınalma metodunun seçilməsində iştirak etmək;
Malgöndərənlərin (podratçıların) seçilməsi zamanı Satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərini müəyyən etmək, ehtimal olunan qiymətin sənədləşdirilməsi, tenderin əsas şərtlər toplusunun hazırlanması, qiymətləndirmə meyarlarının hazırlanması, əsas şərtlər toplusunun və tender elanının təsdiq prosesinin həyata keçirilməsi, müsabiqəyə iştirakçıların cəlb edilməsi (elanın KİV-də yerləşdirilməsi, fərdi dəvətlərin göndərilməsi), tender/kotirovka sənədlərinin yoxlanılması, tender/kotirovka komissiyasının iclas nəticələrin protokollaşdırılması, tender/kotirovka təkliflərinin qiymətləndirilməsi, tender/kotirovka iştirakçılarını nəticələr barədə malumatlandırmaq;
Satınalma müqavilələrinin tərtibatında və idarə edilməsi prosessində iştirak etmək;
Malların (işlərin və xidmətlərin) qəbulu və ödənişinin həyata keçirilməsi zamanı malların qəbulunun qeydə alınması, təhvil-təslim aktlarının imzalanması, qaimə-fakturanın yoxlanılması işini təşkil etmək.
Rəhbərin tapşırığına əsasən müvafiq hesabatları hazırlamaq.
İş saatları - 09:30-dan – 18:30-dək.
Şənbə, bazar istirahət günləridir.
Əmək haqqı: Müsahibə zamanı əlavə məlumat veriləcək.
Xüsusi tələblər
İqtisadiyyat, maliyyə üzrə ali təhsil. (Maqistr dərəcəsi arzuolunandır)
Satınalma sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 4 il və ya daha artıq.
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Bazarı təhlil etmək bacarığı;
E-tender.gov.az saytında işləmək bacarığı;
Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
Təşkilatçılıq bacarığı;
Komandada işləmək bacarığı;
Stressə davamlılığı və bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;