Rəqəmsal Marketinq Mütəxəssisi

Bakı

Gabala Hospitality Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəqəmsal marketinq strategiyanın yaradılmasında iştirak etmək;
  • Rəqəmsal marketinq kampaniyalarının (PPC, birbaşa, sosial media) planlaması, icrası, ölçülməsi və hesabatlılığı; bu istiqamətdə olan son metod və alətlərdən istifadə edərək reklam büdcələrinin optimallaşdırılması və kampaniyaların effektivliyinin artırılması; 
  • Son trend və yanaşmaların izlənilməsi, ölçü alətlərinin, rəqib və bazar məlumatlarının araşdırılması;
  • Vebsayt fəaliyyətlərinin icra edilməsi: cari vebsaytların performansının yüksləldilməsi, məzmunların dəyişdirilməsi, istifadəçilərin idarə edilməsi; yeni vebsaytların yaradılması proseslərinin idarə edilməsi;
  • Rəsmi vebsayt və digər onlayn profillərinin idarə edilməsi;
  • Vebsayt, rəqəmsal marketinq və digər rəqəmsal resurs və platformların idarə edilməsi;
  • Rəqəmsal fəaliyyətlə bağlı üçüncü tərəflərin koordinasiya edilməsi;
  • Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Rəqəmsal B2C kommunikasiya (Email&SMS marketinqi);
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası;
  • İş yeri Bakı şəhərindədir. Eyni zamanda hibrid və distant çalışma formatları da nəzərdən keçirilə bilər. Formatından asılı olmayaraq bu tam ştatlı bir vəzifədir və frilanser xidməti nəzərdə tutulmur. 

Xüsusi tələblər

  • Marketinq, Biznesin İdarə edilməsi, Menecment və ya digər əlaqədar sahələr üzrə təhsil. Əlavə sertifikatlar üstünlükdür;
  • Rəqəmsal marketinq üzrə ən az 2 il iş təcrübəsi;
  • Email marketinqi, məzmun marketinqi (content marketing), Google Adwords, Google Analytics, SEO, Sosial media reklamları istiqamətində təcrübə;
  • Analiz və hesabat bacarığı;
  • Planlı, dəqiq və punktual olmaq; 
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 1000 AZN

Telegram kanalımız