Qida mühəndisliyi proqramı üzrə Fizika laboratoriyasına laborant

Bakı

Türkiyə Azərbaycan Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fizika laboratoriyası, Qida mühəndisliyi, Əsas əməliyyatlar və Proses laboratoriyalarında mövcud infrastrukturdan (avadanlıqlar) istifadə etmək, təcrübə qurğularını hazırlamaq və laboratoriya dərslərinə hazırlıq görmək;
  • Qida mühəndisliyi proqramının dərslərində tələb olunduqda laboratoriya assistentliyi  etmək və laboratoriya dərslərini fənn müəllimi ilə koordinasiya edərək idarə etmək;
  • Tədris ilinin əvvəlində laboratoriyaları tədris planına və dərslərin tələblərinə uyğun hazır vəziyyətə gətirmək, onları yeniləmək, mövcud infrastrukturda çatışmazlıqları müəyyənləşdirib tələb etmək, tədris ili ərzində yaranan problemlərə müdaxilə etmək və texniki dəstək göstərmək;
  • Avadanlıqların işlək vəziyyətinə nəzarət etmək və lazımi sərfiyyat materiallarının mövcudluğunu izləmək;
  • Kimya laboratoriyalarında tələbələrin fəaliyyətlərini və qayda pozuntularını izləmək, hesabat vermək və təhlil etmək;
  • Laboratoriyanın təhlükəsizliyindən məsul olmaq, tələbələrə təhlükəsizlik qaydaları haqqında məlumat vermək, dövri təhlükəsizlik yoxlamalarını həyata keçirmək, izləmək və hesabat vermək;
  • Laboratoriya tətbiqləri ilə bağlı Hacettepe Universiteti Qida mühəndisliyi fakültəsi ilə əməkdaşlıq edərək koordinasiyalı şəkildə işləmək;
  • Avadanlıqların idarə olunması, gündəlik yoxlamalar və təhlükəli tullantıların prosedurlara (qanunvericiliyə) uyğun şəkildə toplanmasını izləmək və hesabat vermək;
  • Laboratoriya infrastrukturunun dövri təhlükəsizlik yoxlamalarını həyata keçirmək, izləmək və hesabat vermək;
  • Laboratoriyalarda çatışmazlıqlar və təhlükəsizliklə bağlı lazım olan yazışmaları hazırlamaq və müvafiq bölmələrə dəstək olmaq;
  • Proqram koordinatorunun verdiyi əlavə vəzifələri yerinə yetirmək. 

Xüsusi tələblər

  • Ali təhsil: Magistratura və ya  doktorantura (fizika mühəndisliyi, fizika, qida mühəndisliyi, kimya mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Qeyd olunan sahələrin birində 1 (bir)-2 (iki) il peşəkar iş təcrübəsi;
  • Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;
  • Texniki sənədləri effektiv şəkildə oxuyub başa düşmək və texniki mövzularda güclü yazılı və şifahi ünsiyyət qurma bacarığına malik olmaq;
  • Mövcud informasiya texnologiyalarını izləyən, araşdırma və inkişaf etdirilməyə açıq, yenilikçi və proaktiv yanaşma nümayiş etdirmək;
  • Təşəbbüskarlıq, analitik düşünmə və effektiv problem həlletmə bacarıqlarına malik olmaq;
  • Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq;
  • Gərgin və dinamik iş mühitinə uyğunlaşa bilən, komanda işinə meyilli və əməkdaşlıq yönümlü olmaq. 


Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Bakı

  • 1000 - 2500 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • 1200 - 1800 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
Telegram kanalımız