- Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.
- İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ təlim üsullarının tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.
- Sənədlərin qəbulu 2025-ci ilin 01 may tarixindən 15 may tarixinədək aparılır.
- Müraciətlər [email protected] elektron poçt ünvanı vasitəsilə onlayn qəbul edilir.
- Müraciət edilən sahə üzrə ixtisas uyğunluğu tələb olunur.
- İddiaçılar tərəfindən tədris etmək istədikləri fənlərin adlarının qeyd edilməsi vacibdir.
- Fənlərin adları“2025/2026-cı tədris ilində tədris ediləcək fənlərin siyahısı”ndan seçilə bilər.
Müraciətə aşağıdakı sənədlər pdf formatda əlavə edilməlidir:
- CV;
- ali təhsil haqqında diplom (diplomlar) və diploma əlavə (əlavələr);
- elmi dərəcə (dərəcələr) haqqında diplom (diplomlar) və elmi ad (adlar) haqqında attestat (attestatlar);
- dərc olunmuş elmi və tədris-metodiki işlərin siyahısı.
Qeyd: Sənədlər göndərilərkən mövzu yerində yuxarıda qeyd edilmiş uyğun sahə göstərilməlidir.
Əlavə məlumat üçün: İcra aparatı, aparat rəhbəri Nərgiz Həsənova, tel.: (+994 12) 564 63 67; (+99412) 564 63 65, daxili nömrə 108,