Potensial müştərilərdən (zənglər, e-maillər, vebsayt müraciətləri və s.) daxil olan sorğuların cavablandırılması və onlara şirkət xidmətləri barədə məlumatın təqdim edilməsi;
Yeni müştəri və tərəfdaşların axtarışı, bazarın araşdırılması;
Potensial müştərilərlə görüşlərin təşkili, danışıqların aparılması və tələbatlarının müəyyənləşdirilməsi;
Layihələrin ilkin qiymətləndirilməsində iştirak;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Tender sənədlərinin hazırlanmasında iştirak;
Müştərilərin tələb etdiyi məhsulların (proqram təminatı lisenziyaları, avadanlıq və s.) təmin olunması;
Korporativ tədbirlərin (prezentasiyalar, sərgilər, görüşlər və s.) təşkili və həmin tədbirlərdə iştirak;
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Şirkət hesabına təlim və sertifikatlaşma;
Mehriban və peşəkar kollektiv;
Sabit əmək haqqı + aylıq bonuslar;
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan 18:00-dək.
Xüsusi tələblər
Ali təhsil;
Azərbaycan və rus dillərində sərbəst danışıq;
Tez öyrənmək qabiliyyəti, çalışqanlıq, məsuliyyət və dürüstlük;
Word, Excel, Outlook və digər ofis proqramlarında işləmə bacarığı;
İnformasiya texnologiyaları sahəsində satış təcrübəsi (üstünlük verilir);
1C və Bitrix24 sistemlərində təcrübə (üstünlük verilir).