Maliyyə üzrə aparıcı mütəxəssis

Bakı

AZCD Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müntəzəm idarəetmə və maliyyə hesabatlarının hazırlanması;
  • BMUS və ya milli standartlara əsasən hesabatların tərtib edilməsi;
  • Büdcə və proqnozlarla faktiki göstəricilər arasındakı fərqlərin təhlili;
  • İllik büdcənin və maliyyə proqnozlarının hazırlanmasında iştirak;
  • Büdcənin icrasına nəzarət, xərclərin təhlili və kənarlaşmaların müəyyənləşdirilməsi;
  • Ssenari analizləri və stres-testlərin hazırlanması;
  • Şirkət xərclərinin səmərəliliyinin təhlili;
  • Müqavilələrin və iri xərclərin razılaşdırılması və nəzarəti;
  • Xərclərin optimallaşdırılması təşəbbüslərinin dəstəklənməsi;
  • Layihələrin, biznes istiqamətlərinin və investisiyaların gəlirliliyinin hesablanması;
  • Məhsul və xidmətlərin marjalılıq təhlilinin aparılması;
  • Maliyyə modellərinin hazırlanması;
  • Büdcə və maliyyə hesabatları ilə bağlı məsləhətlərin verilməsi;
  • Şöbələrarası layihələrdə iştirak;
  • Maliyyə modullarında məlumatların aparılması və yoxlanılması;
  • Hesabatların və proseslərin avtomatlaşdırılmasında iştirak;
  • İş qrafiki: Tam iş günü (5 iş günü);
  • İş saatları: 09:00 – 18:00.

Xüsusi tələblər

  • Ali təhsil – İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • 1C, MS Office və AutoCAD proqramlarında məlumat bazası ilə işləmə təcrübəsi;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Məntiqi və analitik düşüncə tərzi, təşəbbüskarlıq;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; rus dili – arzuolunandır; ingilis dili – arzuolunandır.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 1200 - 1800 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 1000 - 3000 AZN

Premium
  • Bakı

  • 1000 - 1600 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
Telegram kanalımız