Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
Tikinti işlərinin tikinti normalarına,qaydalarına,normativlərinə riayət edilməsinə nəzarət etmək;
Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Əmək haqqı:razılaşma yolu ilə
Xüsusi tələblər
Yaş həddi: 30-45
Mühəndislik sahəsi üzrə ali təhsil;
Tikinti sahəsində inşaat mühəndisi olaraq minimum 5 il iş təcrübəsi;
İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);
Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;