Müştəri ödənişləri və yığım üzrə mütəxəssis

Bakı

My Group Holding MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gecikmiş ödənişləri gündəlik olaraq sistem üzərindən izləmək;
  • Problemli kreditlərin təhlilini aparmaq və prioritet siyahı tərtib etmək;
  • Borclularla telefon, SMS, e-mail və digər vasitələrlə əlaqə qurmaq;
  • Müştəriyə borcun məbləği, gecikmə müddəti və mümkün nəticələri barədə məlumat vermək;
  • Borclunun imkanlarına uyğun olaraq ödəniş planları təklif etmək;
  • Müvəqqəti güzəşt, təxirə salma və ya restrukturizasiya üçün ilkin danışıqlar aparmaq;
  • Borcun ödənilməməsi halında xəbərdarlıq məktublarını hazırlamaq və göndərmək;
  • Toplanan və toplanmayan borclar üzrə statistikanı rəhbərliyə təqdim etmək;
  • Müştərilərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək;
  • Müştəri məlumatlarını gizli saxlamaq və şirkət siyasətinə uyğun istifadə etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş qrafiki: 6 günlük iş qrafiki (şənbə günü online). İstirahət günü: bazar;
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadiyyat, hüquq, maliyyə sahəsində üstünlükdür);
  • Kredit sahəsində və ya müştəri xidməti üzrə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
  • Effektiv ünsiyyət və inandırma bacarığı;
  • Təzyiq altında işləmə və etirazlarla peşəkar davranış;
  • Problemlərin həlli üzərində işləmək bacarığı;
  • 1C proqramında işləmə - mütləqdir;
  • AKB CONVERTOR XML üzrə yığımı bilməli;
  • Məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Sənədlərlə işləmək bacarığı (Sənəd dövriyyəsinin düzgün aparılması);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Məlumat bazası ilə işləmə bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Masallı

  • 800 - 1000 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Ağdaş

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız