Ödənişlərdən əvvəl faktura və sənədlərin qaydasında olduğundan əmin olmaq üçün təchizatçıların bank sənədlərini yoxlamaq;
ƏDV və baza məbləğlərinin vaxtında ödənilməsini həyata keçirmək;
Oracle-da ƏDV üzrə ödənişləri həyata keçirmək;
Səhv / imtina olunmuş ödənişləri ləğv etmək və ödənişlərin ləğvi barədə müvafiq qrupları məlumatlandırmaq;
Hesabın artırılması və mübadilə əməliyyatlarını həyata keçirmək;
ERP-də mühasibat balansına əsasən bank hesabatlarını gündəlik olaraq uyğunlaşdırmaq;
Maliyyə ayının bağlanması proseduruna əməl etmək (bank hesabları, klirinq hesabları, əlaqələndirilməmiş / səhv hesabların silinməsi, pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması);
Ödənişlərin 3 gündən çox danışıqlar vəziyyətində olmamasını təmin etmək;
Ödənişlərlə bağlı daxil olmuş sorğuları cavablandırmaq;
Problemlərin həlli üçün bank nümayəndələri ilə əməkdaşlıq etmək;
Xırda nağd vəsaitlər üzrə xərclərin / daxilolmaların dəqiq uçotunu aparmaq.
Xüsusi tələblər
Biznesin idarə olunması, Maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
Müvafiq sahədə 2 il iş təcrübəsi;
Azərbaycan dilini səlis bilmək. İngilis və Rus dillərini bilmək üstünlükdür. MS Office və Oracle proqramları ilə işləməyi bacarmaq.