Hüquq Departamentinin Rəhbəri

Bakı

BSC Consulting & Outsourcing Company

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hüquq departamentinin fəaliyyətinə rəhbərlik və strukturun effektiv idarə olunması;
  • Müxtəlif sahələr üzrə fəaliyyət göstərən müştərilərimizə yüksək səviyyəli hüquqi məsləhətlərin təqdim olunması;
  • Müştəri münasibətlərinin qurulması, təqdimatların keçirilməsi və hüquqi xidmətlərin təqdim olunması;
  • Komandanın işinin təşkili və hüquq işçilərinin inkişafına töhfə verilməsi;
  • Şirkət daxilində digər departamentlərlə sıx əməkdaşlıq və hüquqi dəstəyin təmin olunması;
  • Rəqabətqabiliyyətli və razılaşma əsasında müəyyən olunur.

Xüsusi tələblər

  • Hüquq sahəsində azı 3 il idarəedicilik təcrübəsi;
  • Konsalting və ya autsorsinq şirkətlərində iş təcrübəsi üstünlük hesab olunur;
  • Güclü təqdimat bacarığı və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Komandanı idarə etmək, prosesləri planlaşdırmaq və optimallaşdırmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma və hüquqi məsələləri biznes dili ilə izah etmək bacarığı;
  • Mülki, vergi, əmək və kommersiya hüququ sahələrində dərin nəzəri və praktiki biliklər;
  • Müqavilələrin hazırlanması, ekspertizası və danışıqların aparılması sahəsində təcrübə;
  • Məhkəmə və qeyri-məhkəmə yolları ilə mübahisələrin həlli, iddia və etiraz sənədlərinin tərtibi bacarığı;
  • Normativ-hüquqi aktların təhlili, hüquqi risklərin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi;
  • Korporativ hüquq üzrə biliklər – hüquqi şəxslərin qeydiyyatı, idarəetmə sənədləri, nümayəndəlik səlahiyyətləri və s.;
  • Əmək qanunvericiliyi üzrə daxili sənədlərin hazırlanması, əmək münasibətlərinin hüquqi tənzimi;
  • Audit və yoxlamalar zamanı hüquqi müşayiət və dövlət orqanları ilə yazışmaların aparılması təcrübəsi;
  • Müxtəlif sektorlarda fəaliyyət göstərən müştərilər üçün fərdi hüquqi yanaşma və kompleks hüquqi dəstək göstərmək bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Astara

  • 800 - 1000 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız