Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanmasını aparmaq və cədvəllərini tərtib etmək;
Tikinti hesabatlarını (Forma 2, Forma 3) tərtib etmək;
Tikinti sahəsi üzrə texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanmasında və layihələndirmə üzrə tapşırıqların tərtib edilməsində iştirak etmək;
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
Layihə üzrə görülən işlərin iş planını hazırlamaq, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatlar tərtib etmək;
Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
İş həcmlərinə nəzarət etmək, layihədə dəyişikliklər baş verərsə iş həcmləri cədvəllərində müvafiq düzəlişlər tərtib etmək;
Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək;
Tikinti prosesində dəyişikliklər və keyfiyyət yoxlamaları ilə bağlı sənədlərin düzgün aparılmasını təmin etmək.
Xüsusi tələblər
Ali təhsil (İnşaat üzrə);
Microsoft Office proqramlarını (Excel, Word, Outlook) və AutoCad-i mükəmməl səviyyədə bilmək;
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
İşçi layihələrin bütün bölmələrini oxuma bacarığı;
Tikinti sənədləşməsini (aktlar, jurnallar və s.) bacarmaq;
Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq;