Dövlət qurumları, özəl sektor, inkişaf institutları və digər maraqlı tərəflərlə dialoqun aparılmasında aktiv töhfə vermək;
Telekommunikasiya sənayesinin müxtəlif layihə və proqramlarının hazırlanması və inkişaf etdirilməsində, o cümlədən strateji təşəbbüslərin hazırlanmasında iştirak etmək;
Rəqabət və innovasiyaların təşviqi məqsədilə siyasət və tənzimləmə məsələləri üzrə texniki ekspertiza və analitik məlumat təqdim etmək, təhlillər aparmaq və tövsiyələr hazırlamaq;
İKT və innovasiyalar sahəsində dövri qlobal, regional və milli səviyyəli perspektiv və proqnoz hesabatlarının hazırlanmasında iştirak etmək;
Ölkədə İKT-nin inkişaf səviyyəsinin (keyfiyyət və kəmiyyət göstəriciləri üzrə) qiymətləndirilməsi üçün yeni və mövcud çərçivələrin işlənib hazırlanmasına dəstək vermək;
Xüsusi tələblər
İqtisadiyyat, telekommunikasiya, və ya əlaqəli sahədə ali təhsil;
Dövlət və ya ictimai idarəetmə üzrə magistr təhsili arzu olunandır;
Dövlət qurumlarında, beynəlxalq konsultasiya şirkətlərində, beynəlxalq təşkilatlatlarda və ya akademik institutlarda müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
MS Office proqramlarından mükəmməl istifadə;
İngilis dili və rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları arzuolunandır;
Mobil şəbəkələr, sabit rabitə infrastrukturu (fiber optik, mis kabellər), simsiz texnologiyalar üzrə nəzəri biliklər – Orta səviyyədə;
Data Analytics və Big Data texnologiyaları - Orta səviyyədə;
Internet of Things (IoT) və Süni intellekt – Orta səviyyədə;