Layihəni şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, avadanlıqlar və tikinti üzrə spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərinin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalmaları planlaşdırmaq, həyata keçirilməsinə nəzarət etmək;
Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
Gündəlik/həftəlik layihə ilə əlaqədar bütün işlər üzrə planlama və icra yoxlamaları;
Layihə çərçivəsində tələb edilən bütün növ toplantılarının təşkili və aparılması;
Tikinti meydançasına daimi səfərlər və sahə işlərinin/hesabatlarının yoxlanması;
Tərəfdaşlardan gələn hesabatların analizi və düzəlişlər;
Layihə ilə əlaqədar günəlik/həfətlik/aylıq və mərhələlər üzrə hesabatlarının rəhbərliyə təqdim edilməsi;
Layihədən irəli gələn bütün digər əməliyyatlar;
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Xüsusi tələblər
Biznesin idarə edilməsi, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil;
Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramları (Excel, Word, Outlook), layihə idarəetmə alətləri (MS Project, Primavera, Asana və ya Trello), sənəd idarəetmə sistemləri;
Yüksək təşkilatçılıq, çoxsaylı tapşırıqları paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;