Tikinti üzrə mühəndis

Bakı

Norm

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tikinti işlərinin layihə cizgilərinə, texniki spesifikasiyalara, SNİP/TK və digər normativ sənədlərə uyğun şəkildə icrasına nəzarət etmək;
  • Layihə rəhbəri və podratçılarla birlikdə iş həcmlərinin planlaşdırılmasında iştirak etmək;
  • Tikinti işlərinin fiziki icrasını gündəlik olaraq monitorinq etmək və görülən işlərə dair aktlaşdırmanı təmin etmək;
  • Texniki nəzarət və keyfiyyətə nəzarət prosedurlarının icrasını təmin etmək;
  • Gecikmələr, texniki problemlər və uyğunsuzluqlar üzrə texniki qiymətləndirmə aparmaq və həll yolları təklif etmək;
  • İş sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Tikinti işləri üzrə podratçıların iş fəaliyyətinə nəzarət etmək və gündəlik koordinasiyanı təmin etmək;
  • Tikinti materiallarının və avadanlıqların qəbul prosesində iştirak etmək və uyğunluğunu yoxlamaq;
  • Müvəqqəti və yekun tikinti qəbul aktlarının hazırlanmasında iştirak etmək;
  • Tikinti ilə bağlı texniki sənədlərin, hesabatların və foto sənədləşmənin aparılmasını təmin etmək;
  • İş qrafikinə uyğun olaraq həftəlik və aylıq hesabatların Layihə Rəhbərinə təqdim olunmasını təmin etmək;
  • Quraşdırma işlərinin layihə çərçivəsində düzgün icrasına nəzarət etmək və lazımi texniki dəstəyi göstərmək;
  • Tikinti işlərinin mərhələli olaraq qəbul və istismara hazırlanması proseslərində iştirak etmək
  • Sahədə gündəlik texniki yoxlamaların və iş icrasının yerində izlənməsi;
  • İş icra aktlarının tərtib olunması və aidiyyəti üzrə tikinti jurnallarının aparılması;
  • Layihə rəhbərinə və texniki heyətə tikinti mərhələsində yaranan problemlər və onların həlli ilə bağlı gündəlik məlumatların təqdim olunması;
  • Tikinti materiallarının və texnologiyalarının uyğunluğuna dair yoxlamaların aparılması;
  • Sahə görüşlərində iştirak və tapşırıqların icrasına nəzarət;
  • Texniki sənədlərin vaxtında tərtibi və arxivləşdirilməsi;
  • İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.

Xüsusi tələblər

  • İnşaat mühəndisliyi üzrə ali texniki təhsil;
  • Tikinti sahəsində, xüsusilə sənaye və istehsalat obyektlərinin inşasında minimum 5 il iş təcrübəsi;
  • Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, layihə qrafiki və s.) oxuma və tətbiqetmə bacarığı;
  • Azərbaycan Respublikasının tikinti normativləri, SƏTƏM və keyfiyyət standartlarına dair biliklər;
  • MS Office və texniki proqram təminatı (AutoCAD, Revit, Civil 3D və s.) bilikləri;
  • Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
  • Texniki hesabatların hazırlanması və təqdimat bacarığı;
  • Sahədə operativ qərarvermə və problemlərin həll etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1000 - 1500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız