Layihə rəhbəri və layihə komandasına gündəlik əməliyyat və təşkilati dəstək göstərmək;
Daxili şöbələr, podratçılar, təchizatçılar və digər maraqlı tərəflər arasında koordinasiyanı təşkil etmək;
Layihəyə dair sənədlərin hazırlanması və idarə olunmasında iştirak etmək (layihə qrafikləri, iclas protokolları, müqavilələr, texniki spesifikasiyalar, icazələr və yazışmalar);
Layihə üzrə fəaliyyətlərin statusunu izləmək, cədvəlləri yeniləmək və gecikmələrə nəzarət etmək;
Daxili və xarici layihə görüşlərini, işçi sessiyaları və sahə səfərlərini təşkil etmək və icrasında iştirak etmək;
Layihəyə dair sənədlərin düzgün və sistemli arxivləşdirilməsini təmin etmək;
Satınalma proseslərinə dəstək göstərmək – sifarişlərin, çatdırılma qrafiklərinin və hesab-fakturaların izlənməsi;
Layihə üzrə hesabatların (proqres hesabatı, büdcə yeniləmələri, risk analizi və s.) hazırlanmasında iştirak etmək;
Podratçıların və subpodratçıların fəaliyyətini izləmək və tələb olunan sənədlərin vaxtında təqdim olunmasını təmin etmək;
Resurs planlamasına dəstək göstərmək – əməkdaşlar, avadanlıqlar və material ehtiyaclarının izlənməsi;
İşçilərin qəbulu, müqavilələrin hüquqi baxımdan tərtibi və uyğunluq məsələləri üzrə HR və hüquq şöbələri ilə əlaqə qurmaq;
İdarəetmə və rəhbərlik üçün hesabatların hazırlanmasında iştirak etmək;
Korporativ prosedurlar və layihə idarəetmə çərçivələrinə riayət olunmasına nəzarət etmək.
Layihə tapşırıqlarını və müddətlərini izləmək, tapşırıq izləmə sistemlərini yeniləmək, gecikmə və uyğunsuzluqları hesabatlandırmaq;
Gündəlik və həftəlik proqres hesabatlarını hazırlamaq və Layihə Rəhbərinə təqdim etmək;
İclaslar, sənəd dövriyyəsi, ezamiyyətlər və material təminatı ilə bağlı logistik məsələləri təşkil etmək;
Daxili şöbələr üzrə layihə ilə əlaqəli açıq məsələlərin izlənməsi və yerinə yetirilməsinə nəzarət;
Müqavilələrin, hesab-fakturaların və təhvil sənədlərinin yoxlanılması və arxivləşdirilməsi;
Texniki və inzibati komandalar arasında effektiv kommunikasiya qurmaq;
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Xüsusi tələblər
Biznesin idarə edilməsi, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil;
Sənaye, tikinti və ya infrastruktur layihələrində minimum 2–4 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramları (Excel, Word, Outlook), layihə idarəetmə alətləri (MS Project, Primavera, Asana və ya Trello), sənəd idarəetmə sistemləri;
Yüksək təşkilatçılıq, çoxsaylı tapşırıqları paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
Diqqətlilik və sistemli işləmə vərdişləri;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Təzyiq altında işləmək və qısa müddətlərə uyğunlaşmaq bacarığı.