Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
- Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və işləri icra etmək (yük sığortası istisna);
- Sığorta işinə ödəmə qərarı verildikdən sonra sənədləri toplayıb Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;
- İl ərzində olan sığorta ödənişi aktların təqibi cədvəlini hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında, müqayisəli təhlilin aparılmasında iştirak etmək;
- Hər bir iş üçün digər şöbələrdən sənədləri təhvil-təslim etmək, yoxlanılması, təqibini, nəzarəti və uçotunu aparmaq;
- Bütün bu növ işlərin arxivləşdirilməsini aparmaq.