İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə:  AZ SƏNAYE SIĞORTA ASC

  • Şirkətin informasiya təhlükəsizliyi siyasətinin və prosedurlarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
  • İT sistemləri və şəbəkələrin təhlükəsizlik monitorinqinin aparılması, zəifliklərin (vulnerability) müəyyən edilməsi və aradan qaldırılması;
  • Təhlükəsizlik insidentlərinə (security incidents) operativ reaksiya vermək, insidentin araşdırılması və hesabatlandırılması;
  • Antivirus, firewall, DLP, SIEM, EDR,XDR və digər təhlükəsizlik sistemlərinin qurulması və idarə olunması;
  • İnformasiya resurslarının (verilənlər bazası, tətbiqlər, istifadəçi məlumatları və s.) qorunmasına dair texniki və təşkilati tədbirlərin həyata keçirilməsi;
  • İstifadəçilərin təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi və mütəmadi təlimlərin keçirilməsi;
  • Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərə qarşı tədbir planlarının hazırlanması və icrasının izlənməsi;
  • Yeni texnologiyaların tətbiqindən əvvəl təhlükəsizlik üzrə qiymətləndirmələrin aparılması;
  • Daxili və xarici audit proseslərində iştirak, uyğunluq üzrə sənədlərin hazırlanması (məsələn: ISO 27001, GDPR və s.);
  • Loqların və trafik analizinin aparılması, şübhəli fəaliyyətlərin araşdırılması.

Xüsusi tələblər

  • Ali təhsil;
  • İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • ISO 27001, NIST, OWASP və digər təhlükəsizlik standartları üzrə biliklər;
  • SIEM, DLP, EDR, Firewall, IDS/IPS sistemləri ilə işləmə bacarığı;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Komandada işləmək və yazılı/şifahi ünsiyyət bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • 1000 - 1500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız