Mühafizə rəisi

Bakı

Azprotein Foods Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəyyən edilmiş qaydaya və etibarlı rəhbər sənədlərə müvafiq olaraq müəssisənin mühafizə şöbəsinin işini təşkil etməli
  • İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirməli
  • Müəssisənin mühafizəsini təmin etmək məqsədi ilə əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin ciddi yoxlanmasını təmin etməli
  • Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etməli
  • Mühafizə işçilərinin növbə cədvəlini təyin etməli
  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməli
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməli
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalı
  • Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalı
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməli
  • Rəhbərlik etdiyi şöbə ilə bağlı Prosedurlar, Qaydalar və Təlimlər hazırlamalı
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməli
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin etməlidir.


İş şəraiti:

  • Əmək haqqı: 1000-1500 manat.
  • İş qrafiki: 6 günlük.
  • Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Xüsusi tələblər

  • Ali təhsil
  • Yaş həddi:  35 - 45 yaş
  • Staj: rəhbər vəzifədə 5 – 10 il
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Vəzifəsindən irəli gələn qanunlar, qaydalar, əmr və qərarlardan, o cümlədən qanunvericilik aktlarından məlumatlı olmaq
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 1000 - 1500 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız