SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək.
Xüsusi tələblər
Mexanika üzrə texniki təhsil (peşə, orta-ixtisas);
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;
Yoxlanışlar aparmaq üçün hündürlükdə işləmək bacarığı olmalı;
Microsoft Office proqramları üzrə biliklərə sahib olmalı;