Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi

Bakı

Azersun Holding
Təcrübə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

  • Gündəlik maliyyə və bank əməliyyatlarını izləmək;
  • Ödəniş siyahılarını müntəzəm olaraq mərkəzi maliyyə komandası ilə hazırlamaq və təqib etmək;
  • Qrupdaxili, qrupdankənar cari hesabların üzləşdirilməsinin aparılması;
  • Gündəlik pul vəsaitlərinin hərəkətini izləmək, pul vəsaitlərinin hərəkəti ilə bağlı nəzarətçi tərəfindən tələb olunan hesabatları hazırlamaq;
  • Bank kredit əməliyyatını həyata keçirmək, nəticələrini izləmək və hesabat vermək;
  • Manat və xarici valyutada aparılan kredit əməliyyatlarına nəzarət etmək və ödənişləri həyata keçirmək;
  • Müəssisənin öhdəlikləri çərçivəsində təxirə salınmış ödənişləri və debitor borclarını izləmək, mümkün pul vəsaitlərinin hərəkəti riskləri barədə nəzarətçini məlumatlandırmaq;
  • Rəhbər tərəfindən tələb olunan maliyyə hesabatlarını hazırlamaq;

Xüsusi tələblər

  • Ali təhsilli (Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi);
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız