Gündəlik istehsal olunacaq sifarişləri avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırmaq, istehsal prosesini başlatmaq və məhsulları istehsal etmək;
İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət etmək;
İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsini həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
Şişirtmə, paketləmə və dolum makinalarında işləyə biləcək operatorlar axtarılır.
İşində dəqiq və məsuliyyətli olmalı;
Aktiv,cəld və bacarıqlı şəxslərin müraciət etməsi xahiş olunur.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM-də yerləşir. Ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.