SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını hazırlamaq;
İş prosesləri zamanı işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək;
Təmir hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini sistemə daxil etmək;
Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini analiz edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək;
Təmir işləri ilə əlaqədar günlük,həftəlik və aylıq hesabatlar hazırlamaq;
SAP proqramında iş bildirişi və iş sifarişinin yaradılmasını bilmək ; İş addımlarını (iş planını) SAP PM moduluna işləmək;
Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
Xüsusi tələblər
Müvafiq sahə üzrə peşə və ya orta-ixtisas təhsili olması arzuolunandır;
Sənaye sahəsində mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
Yoxlanışlar aparmaq üçün hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
Yoxlanışlar aparmaq üçün qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
Stressin idarə olunması qabiliyyəti və problemləri həll etmə bacarığı olmalı;