Lizinq bölümünün mütəxəssisi

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yenilik, davamlı inkişaf üçün imkan axtarırsınız?
  • Bu imkanı sizə peşəkar, çevik və yenilikçi ruhlu komandasını genişləndirən Azərbaycanın lider mobil operatoru Azercell verir!
  • Belə ki, peşakar, çevik və yenilikçi ruhlu komandamızı genişləndirərək kreativ həllərin yaradılmasına, komanda işinə, dinamik və davamlı öyrənmə mühitinə üstünlük verən “Baza Stansiya Lizinq İşləri üzrə Kiçik Mütəxəssis” axtarışındayıq!
  • Bizim Texnologiya komandamızın üzvləri ilə birgə innovasiyaya olan həvəsinizi və bacarığınızı üzə çıxarın, yaradın, gələcək texnologiyalar dünyasına bələdçi olmaq fürsətini qaçırmayın!
  • İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
  • İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza (Tbilisi prospekti, 149)
  • Azercell şəbəkəsindəki Baza Stansiyalarına aid lizinq işləri
  • Baza stansiyalarının icarə haqlarının və Kabel-Kanalizasiya üçün aylıq odənişlərinin həyata keçirilməsi
  • Yeni və mövcud stansiyalara aid icarə müqavilələrinin hazırlanmasına nəzarət
  • Mövcud stansiyalara aid müqavilələrə uyğun Sazişlərin hazırlanmasına nəzarət
  • SAP sistemində stansiya müqaviləsinə aid bütün proseslərə nəzarət
  • Yer sahiblərinin yazılı və şifahi müraciətlərinin cavablandırılması
  • Podratçılar tərəfindən göndərilən məktubların təhlili və müvafiq şəxslərə və ya qurumlara yönləndirilməsi
  • Podratçılar tərəfindən Giriş icazəsi üçün yazılmış məktubların təhlil edilməsi və müvafiq qurumlara yönləndirilməsi
  • Lizinq sahəsinə yönləndirilən məktubların cavablandırılması
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil
  • Minimum 1 il müvafiq sahədə təcrübə (arzuolunan)
  • Maliyyə, icarə və rabitə ilə bağlı məlumatlı olmalı
  • Kompüter biliyi - (Microsoft Office, Windows)
  • Azərbaycan dili - əla, ingilis dili - arzuolunandır.
  • Rus dili biliyi arzuolunandır.
  • Qeyd: Sürücülük vəsiqəsi tələb olunur.
  • Yüksək danışıq qabiliyyəti
  • Danışıqlar aparmaq təcrübəsi
  • Qarşısındakı insanları razı salmaq bacarığı
  • Dürüstlük
  • Çeviklik
  • Özünü İdarəetmə

Telegram kanalımız