İstehsal prosesinin Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq və nümunəalma zamanı meydana çıxan problemlərin həlli;
Hədəfdən kənar məhsul istehsalı zamanı Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələrin alınmasını təxirə salınması və nümunə alma sıxlığını artıraraq, istehsalatın keyfiyyətinə nəzarət etmək;
Nümunələrin metodlarına uyğun analizlərinin və alınan nəticələrin uyğun fayllarda qeydiyyatının düzgün aparılması;
İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək. Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq;
Sahəyə gələn xammalların kimyəvi tərkibini analiz etmək, uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək;
Bütün analizlərdə uyğunsuz nəticələr görüldükdə təkrar analiz edib, səbəblərini tapmaq və müvafiq fayla qeyd etmək;
Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq;
Rentgen spektral analiz Laboratoriyasının təmizliyinə və temperaturuna müntəzəm nəzarət etmək;
Nümunə alıcıların nizamlı işləməsinə və təmiz saxlanmasına nəzarət etmək, meydana çıxan hər hansı problemin həlli;
Kimyəvi maddələrin miqdarının, avadanlıqlar və cihazların vəziyyətinin müntəzəm nəzarətdə saxlanması;
Qaz balonlarından istifadə zamanı, iş prosesini öncədən planlamaq və istifadə olunan qazın texniki xassələrinə uyğun olaraq lazımi təhlükəsizlik tədbirlərini almaq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
Növbə ərzində növbə rəisi tərəfindən gələn (KNP-dən əlavə) tapşırıqları icra etmək və eyni zamanda bununla bağlı bir başa rəhbəri məlumatlandırmaq;
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı).
Xüsusi tələblər
Tam, natamam orta təhsil və ya peşə məktəbi;
EN196-2, EN197-1 standartları haqda biliklər;
Rentgen spektral analiz cihazının istifadə qaydası;
Əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
Müştəriyönümlülük;
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;