Zavod müdiri

Qaradağ

Norm

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin bütün Əməliyyat fəaliyyətinə rəhbərlik edilməsi, istehsalatda bilavasitə iştirak edən işçi heyətinin idarə edilməsi, onların iş qrafiki və rejiminin hazırlanması və işçilər haqqında rəhbərliyə hesabat verilməsi;
  • Müəssisənin istehsalatının texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsi,  səmərəliliyinin artırılması və məhsul istehsalının davamlı təmin edilməsi;
  • İstehsal fondundan, xammaldan və bütün ehtiyatlardan səmərəli istifadə edilməsinə nəzarət;
  • Yeni texnika və texnologiyaların istehsalata tətbiqi ilə bağlı təklif layihələri üçün sorğunun hazırlanması və layihələrin baxılmasında iştirak edilməsi və tətbiqinin təmin edilməsi
  • Texnoloji intizama, əməyin mühafizəsi, sağlamlıq, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarətin təşkili və idarəedilməsi;
  • İstehsalın inkişafı üçün mövcud plan və istehsalların idarə etməsinin düzgün təşkilatı strukturunun inkişafında iştirak edilməsi;
  • İstehsal idarə etməsinin təşkili sahəsində müasir yerli və xarici ixtisaslaşmanın öyrənilməsi və ümumiləşdirilməsi, onun tanıtımı üçün planlarının hazırlanması;
  • İstehsalat fəaliyyəti ilə bağlı problemlərin varlığı halında (nasazlıqlar, çatışmamazlıqlar və.s.) problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görülməsinə nəzarət və təşkil;
  • İstehsal olunan hazır məhsulun yerli və beynəlxalq standartlara uyğun istehsal edilməsinə nəzarət və təşkil;
  • İstehsalat fəaliyyəti üçün prosedur qaydaları hazırlanması və istehsalat fəaliyyətinin yerli və beynəlxalq standartlara (AZS, İSO, DIN, EN) çatdırılması işinə rəhbərlik edilməsi, bu məqsədlə digər şöbələr ilə birgə layihələrin hazırlanması, işlərin görülməsi, nümayəndələrlə danışıqların aparılması;
  • Avadanlıq, qurğu və mexanizmlərin bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir, həmçinin onların istifadə növbəsinin artırılmasını təmin edir və nəzarətdə saxlayır;
  • Baxışların, sınaqların və istehsalat maşınlarının və avadanlıqlarının mövcud normativ-texniki sənədlərə müvafiq əməli (profilaktik) təmirinin işləmə planlarını təşkil edir, bu planları təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir;
  • İş tapşırıqlarını paylaşdırmaq və icralarına nəzarətin təmin edilməsi;
  • Planlı-xəbərdaredici təmirinin aparılmasını planlaşdırır və təşkil edir. İstehsalat maşınlarının, avadanlıqların, cihazların sınaqdan keçməsinə nəzarət edir;
  • İstehsalat maşınlarının və avadanlıqların istismarı ilə əlaqədar qəza səbəblərini öyrənir, onların xəbərdarlığı üçün tədbirlər işləyir və tətbiq edir;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhlilini və uçotunu təmin edir, maşın və mexanizmlərin işi ilə əlaqədar istehsalatdakı bədbəxt hadisələrin əməyin mühafizəsi, işçilərin biliyinin yoxlanılması üzrə komissiyanın işində iştirak edir;
  • Cəmiyyətin əməliyyat fəaliyyəti üzrə (İstehsal/Texniki xidmət/SƏTƏM/Keyfiyyət/İnzibati) büdcələrin hazırlanması və tətbiqinə nəzrətin təmin edilməsi;
  • Səmərələşdirici təkliflərin tətbiqini təşkil edir;
  • Birbaşa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
  • Rəhbərlik etdiyi fəaliyyət sahəsinin funksional işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
  • ISO 9001, 14001 və 45001 standartlarına uyğun sənədlərin tətbiqi və istifadəsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar;
  • İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı).

Xüsusi tələblər

  • Ali texniki təhsil;
  • İstehsal müəssisələrində əməliyyatların idarə edilməsi (İstehsal/Texniki xidmət/Anbar/SƏTƏM/Keyfiyyət);
  • İstehsalın idarə edilməsi üzrə azı  3 il iş təcrübəsi;
  • MS Office komputer proqramı üzrə bacarıqlar;
  • ERP proqramlarında işləmək bacarığı;
  • Autocad.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız