İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Marketinq komandasına rəhbərlik etmək və şirkətə bacarıqların, idarəetmə təcrübəsinin və təşəbbüslərin sağlam birləşməsini gətirmək.
  • Marketinq strategiyasını müəyyənləşdirmək və dəstəkləmək, aylıq, rüblük marketinq planın tərtib etmək.
  • Əməkdaşlıq təkliflərinin hazırlanması və partnyor şirkətlərlə əlaqələr qurmaq.
  • Maliyyə resurslarını idarə etmək, cari marketinq üsullarının müəyyən edilməsi və dövri qazanc hədəflərinin həyata keçirmək.
  • Müştərilərə təsir edə biləcək kampaniyaların və tədbirlərin planlaşdırılmasını idarə etmək.
  • Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
  • Məhsulun qablaşdırması, reklam, çap materialları, təşviqlərin məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək.
  • Məhsul və marka ilə əlaqədar şirkətin illik kommunikasiya, reklam, media, ictimaiyyətlə əlaqələr hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
  • Bazara çıxarılacaq yeni məhsullara təqdimat planı hazırlamaq, rəhbərliyə təqdim etmək və lazımi digər fəaliyyətləri həyata keçirmək.
  • İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə alışqanlıqları müəyyənləşdirərək yeni məhsul təklifləri vermək.
  • Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib bəyənilməməsini testdən keçirmək.
  • Marka və məhsullarla əlaqədar alınan qərarlarda uyğun hüquqi məsələləri nizamlamaq.
  • Təşviq, taktiki satış  və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
  • Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək.
  • Məhsul layihələrinin və fəaliyyətlərinin təsdiq etdirmək üçün rəhbərliyə təqdimatlar hazırlamaq .
  • Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, təşviq fəaliyyətlərini nəzarət etmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
  • Analitik təhlil,strateji düşünmə, və ünsiyyət bacarıqları
  • MS office proqram paketini yaxşı səviyyədə bilməli;
  • Fərqli funksiyaları idarə etmək və çoxsaylı maraqlı tərəflərlə işləmə qabiliyyəti
  • Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Bakı

  • 600 AZN

Telegram kanalımız