Etibarlılıq üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SDM-in NEZ və Neft-Kimya Sənayesinin Bütünlük və Etibarlılıq Departamentinin müəyyən etdiyi fəaliyyətin planlaşdırılması və onun yerinə yetirmək;
  • Təlimat,mövcud hüquqi qaydalar,rəhbər sənədlər,sənayenin ən qabaqcıl yaxşı təcrübələri,standart və s. əsasında aparılan sınaq və nəzarət işlərinə nəzarət etmək;
  • Yoxlama zamanı görülən işlərin lazımi qaydada sənədləşdirilməsinə,rəsmiləşdirilməsinə və tərtibatına nəzarət etmək;
  • Risklərin idarə olunmasını təmin etməklə SDM-in emal,keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək;
  • Aktivlərin İdarə Edilməsi Sisteminin Quraşdıdılması Layihəsinin icrası üçün işləmək:
  • Müvafiq əlaqələndirici şəxslə razılaşdırmaqla RCM, SPA, ACA, RCA və s. Seminarların təşkili,monitorinqi,qiymətləndirilməsi və hesabat vermə prosesində fəal iştirak etmək;
  • Avadanlıqların dövri və önləyici təmir strategiyalarını təyin edib aidiyyatı şöbələrlə razılaşdırmaq;
  • SDM-in Neft Emalı və Neft-Kimya Sənayesinin etibarlılığına təsir edən qeyri-normal yüksək texniki xidmət xərclərinə və ya hasilatın itkisinə səbəb olan “bad actors” - pis aktivlərin müəyyən edilməsində iştirak etmək;
  • Lazımi tədbirlərin görülməsini təmin etmək və etibarlılığı artırmaq üçün Əsas (Kök) Səbəb Analizi (RCA), Statistik Prosesə Nəzarət,Xəta Ağacının (səbəblər toplusu) Təhlili və s. metodlardan istifadə edərək avadanlığın dəyişdirilməsi və ya istismardan çıxarılması kimi dair təkliflər vermək;
  • Etibarlılıq hesabatlarının hazırlanması; SDM-in NEZ və Neft-Kimya Sənayesinin etibarlılıq göstəricilırini mütəmadi olaraq, izləmək,yeniləmək və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • ACA,RCM,RCA və s. işçi qruplarını təşkil etmək və özü də bu qrupların tərkibində fəal iştirak etmək, nəticələrin yerinə yetirilməsi üzrə müvafiq tədbirlər görmək;
  • İş saatlarından əlavə vaxtlarda fövqəladə zənglərə cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək,lazım gəldikdə iş saatlarından sonra çağırış üzrə dəstək göstərmək.

Xüsusi tələblər

  • Mexanika və ya Elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi;
  • Avadanlıqların təmiri üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Yaxşı ingilis dili səviyyəsi (ən azı B1);
  • API, ASME, GOST, SAE kimi standartlarla işləmə bacarığı;
  • SAP PM modulu ilə işləmə bacarığı;
  • Aktivlərin idarə edilməsi haqqında məlumatlı olması;
  • CMRP və ya CRE sertifikatının olması arzuolunandır

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız