Proses analizatoru üzrə Supervayzer

Sumqayıt

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sahənin onlayn analizator fəaliyyətlərinin və Proses analizatorları üzrə əməliyyat nəzarətinin düzgün həyata keçirilməsini və işləməsini təmin edir;
  • Proses analizatorları üzrə əməliyyatlar və avadanlıq təminatı strategiyasını tənzimləyici tələblərə, təhlükəsizlik, sənaye və ən yaxşı təcrübə və qaydalara uyğun olaraq hazırlayır;
  • Proses analizatorlarının səmərəliliyi və effektivliyi üçün digər SDM müəssisələrini ziyarət edir (məsafədən) və təkmilləşdirilməsinə dəstək olur;
  • Spesifikasiyadan kənar nəticələrin (Out of Specification) araşdırılmasını aparır və lazım olduqda düzəldici və önləyici tədbirlər həyata keçirir, kök-səbəb təhlilini həyata keçirir;
  • Proses analizatorları üzrə əməliyyatlar, SƏTƏM, Keyfiyyət, LIMS ilə bağlı sənədlərin tətbiqinə nəzarət edir və istiqamət verir, sistemin və əlaqəli proseslərin davamlı inkişafını təmin edir;
  • Laboratoriyanın Proses analizatorları ilə bağlı bütün fəaliyyətlərinə nəzarət edir və istiqamət verir – tullantıların idarə olunması, ehtiyat hissələri və sərfiyyat materialları, kimyəvi maddələrin və qazların təhlükəsiz saxlanması, nümunə və kimyəvi maddələrin idarə olunması; SƏTƏM üzrə Mütəxəssis ilə birgə risk qiymətləndirmələri və iş təhlükəsi təhlillərinə rəhbərlik edir;
  • Qərəzsizliyi və proses risk imkanlarının ISO 17025 standartına uyğun şəkildə əhatə olunmasını təmin edir: İdarəetmə Sisteminin nəzərdə tutulmuş nəticələrə nail olmasını, Proses analizatorları üzrə əməliyyatların məqsəd və hədəflərinə çatmaq imkanlarının artırılmasını, laboratoriya fəaliyyətlərində arzuolunmaz təsirlərin və potensial uğursuzluqların qarşısının alınmasını və inkişafların əldə olunmasını təmin edir;
  • Avadanlıq jurnallarının düzgün izlənilməsini və hadisələrin vaxtında qeydə alınmasını təmin edir;
  • Nümunə silindrlərinin texniki baxışını Laboratoriya Nümunəgötürmə üzrə Mütəxəssisi ilə birlikdə həyata keçirir və bununla bağlı prosedurların hazırlanmasına dəstək verir;
  • Laboratoriya Rəhbərliyinə dəstək verir və laboratoriyada yerli əməkdaşlara davamlı şəkildə təlim və mentorluq edir.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil(Magistr dərəcəsi üstünlükdür) Proses analizatorları sahəsində minimum 5 illik iş təcrübəsi, neft və qaz layihələri və/və ya neft-kimya sahəsində minimum 2 illik rəhbərlik təcrübəsi
  • Proses analizatorları və nümunə götürmə sistemləri üzrə bilik və bacarıq malik olmaq;
  • ATEX sistemləri üzrə bilikmalik olmaq;
  • Risk qiymətləndirmə təcrübəsi olması üstünlükdür;
  • Onlayn analizatorlar və kalibrasiya prosedurları haqqında məlumatlılıq;
  • LIMS təcrübəsi arzuolunandır;
  • Zavod/Proses analizatorları üzrə əməliyyatlarla bağlı yerli və beynəlxalq norma və qaydalar üzrə bilik;
  • Kompüter biliklərinə malik olmaq;
  • Yaxşı təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
Telegram kanalımız