Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis

Sumqayıt

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yükqaldırma avadanlıqlar, nəqliyyat vasitələrində profilaktik, texniki xidmət və təmir işlərinin planlanlarının yaradılması və icrasına nəzarət;
  • Zavodda Podratçı şirkətin görəcəyi yük qaldırma işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Yükqaldırma avadanlığları və aksesuarları üçün planlaşdırılmış günlük həftəlik və illik təmir və təftiş planlarının hazırlamaq;
  • Yararsız yükqaldırma avadanlıqların və aksesuarlarının istismardan çıxarılmasını təmin etmək;
  • Yükqaldırma avadanlıqların və aksesuarlarının serifkatlarının uyğunluğunun yoxlanılması və təmin edilməsi;
  • Yük qaldırma planlarının yaradılması və təsdiqlənməsi;
  • Nəqliyyat subpodratçısının idarə edilməsi və əlaqələndirilməsi;
  • Kritik yük qaldırma fəaliyyətlərinin əlaqələndirilməsi;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat verməli;
  • Yük qaldırma işləri ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil(Magistr dərəcəsi üstünlükdür)
  • Əlaqəli sahə üzrə minumum 11 il iş təcrübəsi;
  • Yükqaldırma üzrə OPİTO sertifikatı ( 3 cü səviyyə);
  • STCW sertifikatı;
  • Kran operatoruna rəhbərlik/yükbağlama bacarıqları;
  • Yüqaldırma avadanlıqlarının inspeksiyası;
  • Yüksəklikdə işləmə bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
Telegram kanalımız