İnsan Resursları üzrə aparıcı mütəxəssis

Bakı

Caspel

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
  • Korporativ nömrə və danışıq balansı;
  • Könüllü tibbi sığorta;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
  • İş qrafiki: 5 günlük iş qrafiki.

Xüsusi tələblər

  • Təhsil: Ali  təhsil;
  • Təcrübə: 3 illik iş təcrübəsi;
  • Yaş: 25 – 30; (bəy namizədlərə üstünlük veriləcəkdir);      
  • Dil bilikləri: Rus dili mütləqdir;
  • ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli;
  • Nitqi aydın və səlis olmalı;
  • Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
  • Məsuliyyətli və səbrli olmalı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız