Beynəlxalq əlaqələr departamentinin mütəxəssisi/məsləhətçisi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində beynəlxalq inkişafa dəstək üzrə ixtisaslaşan xarici dövlətlərin müvafiq qurumları ilə aparılan diplomatik danışıqlarda iştirak etmək;
  • Xarici dövlətlərin müvafiq qurumları tərəfindən təklif edilmiş layihələri Agentliyin fəaliyyəti çərçivəsində icra etmək;
  • İcbari tibbi sığorta üzrə beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
  • Xarici tərəfdar qurumlar tərəfindən hazırlanmış arayışların təhlilinin aparılması və təkliflərin hazırlanması;
  • Agentliyin digər struktur bölmələrinin beynəlxalq təşkilatlarla əlaqələrinin koordinasiyasında iştirak etmək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170;

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (beynəlxalq əlaqələr və ya regionşünaslıq üzrə);
  • Təcrübə: Beynəlxalq əlaqələr sahəsində ən azı 1-2 illik iş təcrübəsi (vəzifədən asılı olaraq);
  • Texniki biliklər: Microsoft Office proqram bilikləri;
  • Şəxsi bacarıqlar: Layihələrin idarəolunması, operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə rus dili biliyi.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
Telegram kanalımız