Yanacaq avadanlıqları üzrə elektrik (regionlar)

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yanacaq məntəqələrindəki elektrik avadanlıqlarının (nasoslar, dispenserlər, generatorlar, işıqlandırma sistemləri və s.) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
  • Elektrik sistemlərində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;
  • Generatorların, UPS sistemlərinin və digər ehtiyat enerji mənbələrinin düzgün işləməsinə nəzarət;
  • Elektrik kabellərinin, qoruyucu sistemlərin və avtomatların dövri yoxlanması və texniki baxışlarının aparılması;
  • Yeni yanacaq məntəqələrinin elektrik işlərinə dəstək verilməsi və elektrik layihələrinin icrasında iştirak;
  • Elektrik avadanlıqlarının təmir, sazlama və servis işlərinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
  • Elektrik təhlükəsizliyi üzrə qaydalara əməl edilməsi və bu sahədə maarifləndirmə işlərinə dəstək;
  • Qəza hallarında təcili müdaxilə və problemin səbəbinin araşdırılması.

Xüsusi tələblər

  • Elektrik mühəndisliyi, energetika, elektrotexnika və ya digər müvafiq sahə üzrə orta ixtisas və ya ali texniki təhsil;
  • Yanacaq məntəqələri, sənaye obyektləri və ya kommersiya obyektlərində elektrik sistemi üzrə azı 2 il iş təcrübəsi;
  • Nasos sistemləri, dispenserlər, generatorlar və UPS kimi avadanlıqlarla işləmə təcrübəsi;
  • Elektrik sxemlərinin oxunması, quraşdırılması və təhlil edilməsi bacarığı;
  • Aşağı və orta gərginlikli elektrik şəbəkələri ilə işləmə təcrübəsi;
  • Nasazlıqların diaqnostikası, texniki baxış və təmir üzrə biliklər;
  • Elektrik təhlükəsizliyi standartları və normativləri haqqında məlumatlılıq;
  • Gündəlik texniki hesabatların hazırlanması və sənədləşmə aparmaq bacarığı;
  • Yüksək məsuliyyət hissi və texniki diqqətlilik;
  • Qəza hallarında operativ qərarvermə bacarığı;
  • Komandada işləmə bacarığı və ünsiyyət qurmaq bacarığı;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı

  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız