İşin gedişi ilə bağlı olaraq Baş mühasib və maliyyə müdiri ilə birgə işləmək;
Şirkət mənafelərini qoruyaraq Vergi işləmlərinin həyata keçirilməsinə dəstək olmaq;
Yaxşılaşdırılma və inkişaf ilə bağlı mürəkkəb məsələlər ilə bağlı təkliflər hazırlamaq;
Hesabat dövrləri (aylıq, rüblük və illik hesabat dövrləri) üzrə vergi bəyannamələrinə, hesabat və təqdim olunacaq məlumatlar a nəzarət və qiymətləndirməsi;
Vergi qanunvericiliyi və vergihüququ üzrə məsləhətlərin verilməsi;
Vergi münasibətlərində vergi ödəyicisinin qanuni və səlahiyyətli nümayəndəsi olaraq iştirak edilməsi.(lazım olduqda vergi idarəsinə getmək)
Vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti, həmçinin kameral vergi yoxlaması zamanı texniki, əməli dəstəyin verilməsi;
Yoxlama zamanı yoxlama proseslərində aktiv iştirak etmək, yoxlamanın başlanma tarixindən akt təhvil verilənədək şirkət ilə vergi orqanı arasında körpü olmaq;
Müəssisələr ilə əməkdaşlıq edən qeyri-rezidentlərə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA01, 02, 03, 04, 05 ilə bağlı vergi organına müraciət etmək;
Şirkətin vergi kuratoru ilə vergi müasibətilə bağlı bir başa əlaqə saxlanmalı;
Vergi qanunvericiliyi üzrə təlim, tədrislərin təşkili və aparılması.
Xüsusi tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
Rus, Türk, İngilis dillərini bilmək üstünlükdür;
Maliyyə, Mühasibatlıq, Vergi üzrə minimum 5 il iş təcrübəsi;
Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standartlarını (İFRS) və onların tətbiqini bilməlidir;
Mühasibat, maliyyə, vergi və dövlət büdcəsi sistemi haqqında məlumatlı olmalıdır;
BTP proqramından və online kargüzarlıqdan professional istifadə edə bilməli;
Maliyyə təhlili üsullarını bilməlidir;
Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları, eləcə də rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməlidir;
Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini bilməlidir;
İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
İdarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalıdır.