Müştərilərlə ilkin görüşlərdə iştirak edərək ehtiyac və istəklərin təhlili;
Layihənin konseptual mərhələdən icraya qədər olan bütün mərhələlərinə rəhbərlik etmək;
Memarlıq layihələrinin texniki normativlərə və tikinti qaydalarına uyğunluğunu təmin etmək;
Sahədə texniki nəzarəti həyata keçirmək və inşaat prosesində iştirak etmək;
3D modellərin və vizual təqdimatların hazırlanmasına nəzarət etmək;
İşçi layihələrin hazırlanması və icraçılarla koordinasiyanın qurulması;
Mühəndis və dizayner komandası ilə sıx əməkdaşlıq;
Təyin olunan müddətlərə və büdcəyə uyğun layihənin icrasına nəzarət.
Xüsusi tələblər
Ali təhsil (Memarlıq üzrə bakalavr və ya magistr);
Minimum 10 illik peşəkar təcrübə (ən azı 5 ili sahə və layihə rəhbərliyi üzrə);
Layihə menecmenti və sahə təcrübəsi vacibdir;
Autocad, Revit, 3ds Max, SketchUp Pro, Twinmotion, Lumion, Adobe Photoshop, Corona Render və digər müasir dizayn və vizualizasiya proqramlarını əla səviyyədə bilmək;
Tikinti və layihələndirmə üzrə normativ sənədlərə, SNIP və DBN qaydalarına bələdlik;
Komanda idarəetməsi və koordinatorluq bacarığı;
Yaradıcı yanaşma, təhlil etmə və qərarvermə qabiliyyəti;
Sahədə aktiv çalışmaq və layihəyə yerində nəzarət imkanına malik olmaq;
Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq bacarığı.