Analitika, real-time emal və data boru kəmərlərini dəstəkləyən miqyaslana bilən və etibarlı data infrastrukturunun dizaynı, tətbiqi və idarə olunması. Data iş axınlarını, ETL/ELT proseslərini və CI/CD vasitəsilə yerləşdirmə boru kəmərlərini avtomatlaşdırmaq;
Data boru kəmərlərinin və infrastrukturun monitorinqi, loqinqi və xəbərdarlıq sistemlərini qurmaq. Sistem xətalarını müəyyənləşdirmək, əsas səbəbləri təhlil etmək və mümkün olan həll yollarını tətbiq etmək.
IT və DevOps komandaları ilə əməkdaşlıq edərək, kritik data platformalarının 24/7 əlçatanlığını təmin etmək;
ClickHouse, NiFi, Airflow, Kafka, DBT və digər data mühəndisliyi alətlərinin optimallaşdırılması və idarə edilməsi;
Giriş nəzarəti, təhlükəsizlik konfiqurasiyaları və data idarəetmə qaydalarının tətbiq edilməsi;
Resurs istifadəsini monitorinq etmək və data infrastrukturu və emal boru kəmərlərinin performansını artırmaq;
Biznesin artımına və məlumat həcminin artmasına uyğun olaraq sistemlərin səmərəli miqyaslanmasını təmin etmək.
Data mühəndisləri, DevOps, IT və təhlükəsizlik komandaları ilə sıx əməkdaşlıq edərək, data ekosisteminin inteqrasiyasını və işləməsini təmin etmək.
İnfrastruktur konfiqurasiyaları, yerləşdirmə prosesləri və diaqnostika prosedurlarını sənədləşdirmək.
Data təhlükəsizliyi, giriş nəzarəti və təşkilati siyasətlərə uyğunluq üçün ən yaxşı təcrübələri tətbiq etmək.
Əsas data xidmətləri üçün backup, disaster recovery və failover mexanizmlərini təmin etmək. .
Xüsusi tələblər
Ali təhsil və ya müvafiq təcrübə (Data mühəndisliyi, Data arxitekturası, Konsaltinq, Məhsul idarəetmə, Rəqəmsal Texnologiyalar);
Telekommunikasiya, Bank işi və Pərakəndə ticarət sahəsində rəhbər vəzifədə Data mühəndisliyi üzrə 5 ildən artıq təcrübə;
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri): Məlumat Mühəndisliyi, Məlumatların Arxitekturası, Prosesin Optimallaşdırılması, Rəqəmsal Texnologiyalar ;
Dil bilikləri: Azərbaycan, ingilis, rus dilləri yaxşı səviyyədə;
DataOps mühəndisliyi mühitində minimum 5 illik müvafiq iş təcrübəsi;
Data ekosistemləri üzrə geniş praktiki təcrübə; məlumatların qəbulunu, verilənlərin modelləşdirilməsini və istehlakçılara və aşağı axın sistemlərinə verilənlərin təmin edilməsini əhatə edir;
On-premises və bulud əsaslı data infrastrukturu (Kubernetes, MinIO, Iceberg, Spark, Trino) ilə işləmə bacarığı;
Data Boru Kəmərləri: NiFi, Airflow, Kafka, və DBT (və ya oxşar alətlər) üzrə təcrübə;
Məlumat Bazası və Saxlama: ClickHouse və digər böyük həcmli data emal texnologiyalarında dərin bilik;
Skriptləşdirmə və Avtomatlaşdırma: Bash, Python və ya Ansible bilikləri;
CI/CD və Yerləşdirmə: Git, Jenkins, Docker, Kubernetes və Helm ilə təcrübə;
Monitorinq və Loqinq: Prometheus, Grafana, ELK stack və distribüted tracing alətlərində bilik;
Təhlükəsizlik və Uyğunluq: IAM, rol əsaslı giriş nəzarəti (RBAC) və data şifrələmə texnologiyalarına dair bilik;
Problemlərin Həlli: Data boru kəmərlərindəki performans və etibarlılıq məsələlərini həll edə bilmək;
Əməkdaşlıq: Mühəndislər, IT və biznes komandaları ilə səmərəli ünsiyyət və komanda işi bacarığı
Sənədləşdirmə: Texniki proseslər, diaqnostika addımları və sistem konfiqurasiyalarını sənədləşdirmək bacarığı;
Proaktiv Yanaşma: Avtomatlaşdırma, davamlı inkişaf və miqyaslanma yönümlü düşüncə tərzi.