İşə qəbul prosesini şirkətin daxili qaydalarına uyğun olaraq aparmaq;
İşçi tələbini icraata qəbul edərək vakansiyaya dair tələblərlə tanış olmaq, əsas meyarları dəqiqləşdirmək, ehtiyac olduqda sifarişçi ilə müzakirə etmək;
Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin axtarışını həyata keçirmək və namizəd profillərini təhlil etmək;
Vakansiya ilə bağlı iş elanı hazırlamaq və elan saytlarına yerləşdirilməsini təmin etmək;
Namizəd müraciətlərini dəyərləndirmək və uyğun namizədlərlə ilkin müsahibələri keçirmək;
Xüsusi yoxlama tələb olunan vəzifələr üçün namizədlərin test olunmasını təşkil etmək;
Təsdiqlənmiş namizədlərə iş təklifi göndərmək, namizədin təklifə cavabı mənfi olduqda səbəblərini dəqiqləşdirmək və namizədin tarixçəsinə qeyd etmək;
Təsdiqlənmiş namizədlə bağlı işə qəbul əməliyyatlarının icrasını təmin etmək;
Namizəd bazasını mütəmadi yeniləmək, müraciət etmiş namizədləri bazada yoxlamaq və tapılarsa əvvəlki tarixçəsini araşdırmaq, etiraz səbəblərini dəqiqləşdirmək.
Yeni əməkdaşa adaptasiya dövründə dəstək olmaq, mütəmadi görüşlər təşkil etmək, “onboarding” mərhələsinə nəzarət etmək.
Xüsusi tələblər
Ali təhsil (biznes, İR, psixologiya, sosiologiya və oxşar sahələrdə);
Səlis azərbaycan dili biliyi, yüksək səviyyədə rus və ya ingilis dili biliyi;
İşə qəbul sahəsində 1 il iş təcrübəsi;
Ofis proqramları üzrə (MS Word, MS Excel, MS Outlook) bilik və istifadə bacarığı.