Mexanik-elektrik

Bakı

Azprotein Foods Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini həyata keçirir
  • Avadanlıqların əsaslı təmiri üçün siyahı tutulmasında iştirak edir
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə köməklik göstərir
  • Köhnəlmiş avadanlıqları müəyyən edilməsi prosesidə iştirak edir və onların təmirini həyata keçirir.
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir.
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir
  • Elektrik, su, qaz qurğularına nəzarət edir və təmiri ehtiyacı yarandıqda müvafiq qurumlar üzrə əməkdaşları cəlb edilməsində köməklik göstərir
  • Yaranan texniki problemlər və onların həlli üçün mümkün variantlar haqqında birbaşa rəhbərliyinə operativ şəkildə məlumat verir.


İş şəraiti

  • Əmək haqqı: 800-1000 manat + bonus
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən təmin edilir. Koroğlu metrosundan servis mövcuddur.

Xüsusi tələblər

  • Yaş həddi:  25 - 40 yaş
  • Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir).
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
  • Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Xaçmaz

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

Telegram kanalımız