Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit (SƏTƏM) və Keyfiyyət prosedurlarına əməl olunmasını təmin etmək və bütün fəaliyyətlərdə yüksək təhlükəsizlik standartlarına nail olmaq;
Elektron sistem vasitəsilə daxil olan Mühəndislik Tələblərini (“ER” sənədlərini) nəzərdən keçirmək və ilkin dizayn konseptlərini əhatə edən texniki cavablar vermək, bununla da xərc hesabatına və iş həcminin yaradılmasına töhfə vermək;
Layihələrin həyata keçiriləcəyi istehsal sahələrində sahə araşdırlmaları aparmaq, ölçülər götürmək və məlumat toplamaq;
Boru sistemləri mühəndisliyi sənədlərində yeniləmələr və dəyişikliklər üzərində vahid nəzarəti təmin etmək məqsədilə həmin sənədlərin sahibi rolunda çıxış etmək;
Boru sistemi izometrik cizgiləri, borulama eskizləri, master planlar, material sənədləri (MTO) və digər boru sistemləri mühəndisliyi sənədlərinin hazırlanması daxil olmaqla detallı dizaynlar tərtib etmək;
Detallı dizayn işlərinə başlamazdan əvvəl mürəkkəb layihələr üçün mühəndislik çalışmaları etmək və Boru Sistemləri üzrə Aparıcı Mühəndisdən (və ya Boru Sistemləri üzrə Menecerdən) və Mühəndislik üzrə Qrup Rəhbərindən təsdiq almaq;
Stres Analiz və Boru Dayaqları Mühəndislərinə stres-kritik xəttlərin marşrutları və dayaq dizaynı üçün lazım olan məlumatları təmin etmək;
Boru sistemləri ilə əlaqədar texniki məlumatların ötürülməsini təmin etmək üçün digər mühəndislik bölmələri ilə əməkdaşlıq etmək;
Layihə icrası zamanı Tikinti Komandalarına sahə mühəndisliyi dəstəyi vermək;
Boru sistemləri mühəndisliyi həlləri tələb edən məsələlərdə İstehsalat və Texniki Xidmət komandalarına texniki dəstək vermək;
Mövcud xəttlərə birləşmələr üçün detallı dizayn paketləri hazırlamaq;
Potensial birləşmə nöqtələrinin Bütövlülük və Etibarlılıq Departamenti tərəfindən təftiş olunması üçün Boru Sistemləri üzrə aparıcı mühəndisə və ya Mühəndislik Qrup Rəhbərinə müraciətlər etmək və BED-in təftiş hesabatlarına əsasən mühəndislik qərarları qəbul etmək;
Boru sistemləri komponentlərinin satın alınması üçün Satınalma Sorğusu yaratmaq və ehtiyac olduqda Satınalma Departamentinə texniki dəstək vermək;
Dəyişikliklərin İdarə Olunması (MOC) iclaslarında iştirak etmək və ehtiyac olduğu təqdirdə boru sistemləri mühəndisliyi üzrə zəruri həllər vermək (əgər İnvestisiya Təsdiqlənmə Prosesi ilə ziddiyyət təşkil etmirsə);
Şəxsi və peşəkar inkişaf üçün proaktiv yanaşma nümayiş etdirmək.
Xüsusi tələblər
Mexanika Mühəndisliyi (və ya bənzrə texniki sahə) üzrə bakalavr dərəcəsi;
Boru Sistemləri Mühəndislyi üzrə texniki təlim biliyi (üstünlük verilir).
Neft və qaz sənayesində boru sistemlərinin dizayn olunması və inşaatı üzrə minimum 5 il iş təcrübəsi;
ASME, QOST, NFPA, GAP, PIP, API, SniP standartları və onların sənaye layihələrində tətbiqi ilə əlaqədar bilik və praktik təcrübə;
Layihələrin İdarə Olunması Komandasında işləmə təcrübəsi (üstünlük verilir).
Azərbaycan vətəndaşlarına üstünlük verilir;
Prosedurların, spesifikasiyaların, beynəlxalq standartların və texniki sənədlərin anlaşılması, eləcə də yazılı və şifahi ünsiyyət üçün ingilis dili biliyi (minimum B2 səviyyəsində) tələb olunur.
İş yerləri Sumqayıt şəhəri və Qaradağ nəzərdə tutulmuşdur. Müraciət edərkən sizə uyğun olan iş yerini qeyd edəsiniz.