Elektrik qaynaq aparatının işləkliyini yoxlamaq, istismara hazırlamaq;
Elektrik xətlərinin sazlığının və elektrod tutucusunun işləkliyini yoxlamaq;
Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək;
Seçilmiş elektroda uyğun cərəyan şiddətini seçmək;
Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq. Düz, üfüqi, şaquli əngəlli və yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq. Əl alətlərindən (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək;
Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilmək və ona ciddi əməl etmək