Otelin bütün Şöbələrinin kredit və toplama proses və təlimatlarının mövcud qaydalarına müvafiq şəkildə çalışmasına görə məsul olmaq;
Qonaqlardan və ya kredit şirkətlərindən gələn bütün tələblərin tez bir zamanda (mümkünsə, həmin gün) və peşəkar bir şəkildə həyata keçirilməsini təmin etmək;
Hesabların ödənilməsi ilə bağlı araşdırmalar aparmaq və kredit əməliyyatlarının aparılmasında birbaşa rəhbərə köməklik etmək;
30 gündən yuxarı olan hesabları birbaşa rəhbərlə birgə nəzarətdən keçirmək və belə hesablar üçün şirkətin toplama proseduralrını həyata keçirmək;
Otelə son 30 (otuz) gündən 60 (altmış) günə qədərki müddətdə daxil olmuş bütün qrupları və yerli ictimai iaşə xidmətlərinin hesabatlarını hazırlanması prosesinə köməklik göstərmək;
Daxili hesabları yoxlamaq və hər şeyin otelin prosedurlarına müvafiq şəkildə olmasından əmin olmaq; ehtiyac olduqda, bu hesabların toplanma prosesində köməklik göstərmək;
Kredit və debit fəaliyyəti ilə əlaqəsi olan bütün yerli və korporativ proses və təlimatlara riayət etmək;
Təlimatlara riayət edərək, cari və vaxtı ötmüş hesabların sürətli və dəqiq şəkildə müştəri tərəfindən ödənişini təmin etmək;
Vaxtı keçmiş və toplanmamış hesbların qaydasına salınması ilə bağlı gündəlik qeydiyyat işləri aparmaq;
Qonaqlar ilə bağlı Mühasibat Kitabının Balans Hesabatlarına gündəlik şəkildə nəzarət etmək və hər hansısa çatışmamazlıqlar olduğu təqdirdə öz birbaşa rəhbərinin diqqətinə çatdırmaq;
Gündəlik kredit kart ödənişlərini izləmək. Kredit kart bank hesablarını Otelin sistemi ilə yoxlamaq;
Banka daxil olan ödənişlərin vaxtında mühasibat kitabında əks olunmasını təmin etmək;
Elektron faktura və qaimələrin yazılmasında iştirak etmək;
Müştərilərin kart hesablarına geri qaytarma ilə bağlı prosedurları həyata keçirmək;
Kredit kart ödəmələri barədə ay sonunda hesabat və üzləşmələr hazırlamaq.
Xüsusi tələblər
Mühasibat və mailiyyə sahəsində ali təhsil;
Mühasibat sahəsində təcrübəsi olmaq;
Azərbaycan,İngilis səlis,Rus dili arzuolunandır;
Kompyüter bilikləri: Excel, Word;
Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq;
Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər.