- Mağazanın gündəlik əməliyyatlarını idarə etmək.
- Şirkət prosedurlarına uyğun olaraq mağazanın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
Satış və əməliyyat idarəetməsi
- Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
- Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
İnventar və təchizat idarəetməsi
- Məhsulların anbar və satış sahəsində düzgün rotasiya olunmasına nəzarət etmək;
- Stok idarəetməsində itkiləri minimuma endirmək və optimal sifarişlərin verilməsini təmin etmək;
- Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək;
- Müştəri şikayət və rəylərini analiz edərək xidmət səviyyəsini artırmaq üçün tədbirlər görmək;
- İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək;
- İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək;
- Mağaza sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək;
- Qida təhlükəsizliyi, gigiyena və digər təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək;
- Nağd pul və POS terminalları ilə bağlı risklərin idarə olunmasını təmin etmək;
- Satış, inventar və digər əməliyyat göstəriciləri ilə bağlı hesabatlar hazırlamaq və təhlil etmək;
- Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.