Biznesin Davamlılığının İdarə Edilməsi üzrə Aparıcı Mütəxəssis / Təhlükəsizlik departamenti

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • "ISO 22301:2019 - Security and resilience" standartından irəli gələn tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığının İdarə Edilməsi Sistemindən irəli gələn fəaliyyətləri icra etmək.
  • Fövqəladə və böhran hallarında şirkət daxili vəzifəli şəxslər və kritik proses sahibləri arasında kəsintisiz kommunikasiyanı təmin etmək məqsədilə alternativ rabitənin təmin olunması prosesini idarə etmək.
  • Şirkət obyektlərinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsi və sertifikatlaşdırılması, eləcə də ölkə üzrə məlumat mərkəzlərində və Radio Baza Stansiya və texniki obyektlərdə təhlükəsizlik sistemlərinin monitorinqi və optimallaşdırılması üzrə kompleks proqramın hazırlanması və həyata keçirilməsi prosesini idarə etmək.
  • Şirkətin ofisləri, texniki obyektləri, Məlumat Mərkəzləri və digər kritik obyektlərinin əməliyyat dayanıqlığını təmin etmək məqsədilə elmi tədqiqat və dayanıqlıq sahəsində aparılan işləri həmçinin beynəlxalq və ölkə daxili sertifikatlaşdırma prosesini təşkil və nəzarət etmək.
  • Yanğın təhlükəsizliyi, zəlzələ əleyhinə və biznesin davamlılığına təsir göstərə biləcək  sistemlərin və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda mövcud olan KQM (UPS) otaqları, anbarlar, generator otaqları, elektrik otaqları, arxiv ofisi və texniki otaqlarda vaxtaşırı və müntəzəm auditlərin həyata keçirilməsi prosesinə nəzarət və idarə etmək.
  • Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Radio Baza Stansiyalarda, təhlükəsizlik nəzərindən Bakıda və digər regionlarda mövcud olan ofis və digər texniki obyektlərdə auditlərin keçirilməsi, problemlərin müəyyən edilməsi və bu barədə müvafiq struktur bölmələrə məlumat verilməsi proseslərinə nəzarət və idarə etmək.
  • Şirkətin maraqlarını qorumaq və sığorta hadisələri zamanı araşdırma prosesinə nəzarət etməklə Sığorta Hallarının İdarə Edilməsi prosesini idarə etmək; üçüncü şəxslər, mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri tənzimləyərək idarə etmək.
  • Proseslər, bərpa prosedurlarının sınaqdan keçirilməsi və ehtiyat avadanlığın və proqram təminatının saxlanması daxil olmaqla, Backup strategiyasının hazırlanması və həyata keçirilməsinə nəzarət etmək.
  • Böhranın təşkilata, onun maraqlı tərəflərinə və əməliyyatlarına təsirini minimuma endirmək üçün Böhran İdarəetmə Planını hazırlamaq; planı işlək vəziyyətdə saxlamaq və mütəmadi olaraq sınaqdan keçirmək və təkmilləşdirmək.

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, İngilis - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq
  • Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları
  • Yüksək ünsiyyət və təlim bacarıqları
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi
  • Sürücülük təcrübəsi
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması
  • Yekun nəticəyə yönəlmə bacarığı

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • 650 AZN dən

Premium
ERP
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız