Maliyyə işləri üzrə köməkçi

Bakı

Beynəlxalq Audit Mərkəzi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Beynəlxalq Audit Mərkəzi – rəqəmləri danışdıran və maliyyədə peşəkarlığı ön planda tutan bir komandadır. Hazırda bizə, gündəlik maliyyə proseslərini nizamlı şəkildə idarə edəcək Maliyyə işləri üzrə köməkçi lazımdır.
Əgər sən:

  • Əməliyyatların ardıcıllığını sevənsənsə,
  • Kassa sənədləri və bank ödənişləri ilə “dost”sansa,
  • Hər ay maaş, ezamiyyə və xəstəlik vərəqələrini dəqiqliklə hesablamaqdan çəkinmirsənsə,
  • Elektron qaimələri rahatlıqla sistemə daxil edə bilirsənsə,
  • E-taxes və E-gov portallarında sərbəst hərəkət edirsənsə —
  • deməli, bizimlə maliyyə dünyasında yol almağa hazırsan!
Əsas vəzifələr:
  • Kassa və bank əməliyyatlarının icrası
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyə hesabatlarının hazırlanması
  • Elektron qaimə-fakturaların tərtibi və təqdimatı
  • Uçot sənədlərinin sistemli aparılması
  • Debitor və kreditor uzlaşmalarının təşkili
İş rejimi: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 119C

Xüsusi tələblər

  • Bizim üçün əsas olan, sənin həm peşəkar, həm də insani keyfiyyətlərindir.
  • Axtardığımız xüsusiyyətlər:
  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
  • Microsoft Office proqramlarını əlcək kimi bilmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Komandada işləməyi bacaran, məsuliyyətli və dəqiq biri olmaq.
  • Bütün bu xüsusiyyətləri özündə görürsənsə, yazma – göstər!

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız