Mətbuat sektoru–Mütəxəssis - dizayner

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin daxili və xarici sənədlərində brend qaydalarına əməl olunmasına diqqət yetirir, pozuntu halları aşkarladıqda sektor müdirinə bu barədə məlumat verməklə müvafiq düzəlişi edir;
  • Müxtəlif xarakterli mətn, sual-cavab və s. kimi maarifləndirici və məlumatlandırıcı məzmunlar üçün illüstrasiyalar, qrafiklər hazırlayır;
  • Əlamətdar günlər və tarixlərlə bağlı sosial media postlarının, təbrik açıqcalarının (yaradıcı yanaşma nümayiş etdirməklə) dizaynlarının hazırlanmasını təmin edir;
  • Agentliyin fəaliyyəti barədə müxtəlif məlumatlandırıcı məzmunlar hazırlayır;
  • Vətəndaşları məlumatlandırmağı hədəfləyən informativ videoçarxlar və illüstrasiyalar hazırlayır;
  • Agentliyin çap məhsullarının brend qaydalarına uyğun olmasına nəzarət edir, uyğun olmadıqda qaydalara əsasən dəyişiklikləri edir;
  • Agentliyin fəaliyyət istiqamətlərinə aid şablon tipli (sosial media postları, ikonlar, qrafik elementlər, təqdimatlar və s.) fayllar hazırlayır;
  • Təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
  • Agentliyin fəaliyyəti ilə bağlı korporativ və promo materialların ( çap materialları ) dizayn işlərini yerinə yetirir;
  • Təqdimatların brend qaydalarına uyğun hazırlanmasında iştirak edir;
  • Tədbir və görüşlərdə foto və videoçəkilişlərin aparılmasını təmin edir;
  • Vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
  • Sektor müdirinin tapşırığı əsasında Agentliyin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaların rəsmi internet səhifəsində yerləşdirilməsini və onun daimi yenilənməsini təmin edir;
  • İclaslar, vebinarlar, konfranslar və s. tədbirlərə dair press-relizlərin qrafik hissəsini tərtib edir;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların vizual illüstrasiyalarının hazırlanmasını təmin edir;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Xüsusi tələblər

  • Qrafik dizayn üzrə ali təhsil; 
  • İxtisas profilinə uyğun 3 il iş təcrübəsi;
  • Qrafik dizayn, 2D və 3D animasiya və foto, video redaktəsi üzrə proqram bilikləri;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Azərbaycan dilini səlis bilməli,  ingilis dili və rus dili arzuolunandır;
  • Yaş həddi 25-35 aralığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız